"Borussiya" Alkaserə görə 23 milyon avro ödəyəcək

12 Oktyabr 2018 17:09 (UTC+04:00)

"Barselona"nın "Borussiya Dortmund"a icarəyə verdiyi Pako Alkaser alman klubuna tam transfer oluna bilər. SİA-nın məlumatına görə, hücumçunun oyunu dortmundluların xoşuna gəlib. Klub Alkaserlə 4 illik müqavilə bağlayacaq. Hücumçu illinə 8 milyon avro məvacib alacaq. O, bu məvaciblə klubda ən çox qazanan üçüncü futbolçu olacaq. Tam transferə görə Dortmund klubu "Barselona"ya 23 milyon avro ödəməlidir.

Xatırladaq ki, 25 yaşlı ispan hücumçu bu mövsüm Bundesliqada üç oyunda 6 qol vurub.