Yenicə ana olan Rəqsanənin xəstəxanadan FOTOSU

12 Oktyabr 2018 14:30 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın əkizləri dünyaya gəlib. SİA-nın məlumatına görə, sənətçi xəstəxanadan şəklini "İnstagram" səhifəsində paylaşıb.

Qeyd edək ki, Rəqsanə bir neçə həftə əvvəl səhhətinin pisləşdiyini bildirmişdi. Onun hamiləliyində problemlər yaranmışdı. İfaçının əkizləri vaxtından 3 ay əvvəl dünyaya gəlib. Rəqsanə saytımıza açıqlamasında reanimasiyadan yeni çıxdığını, əkizlərin isə küvəzdə saxlanıldığını söyləyib.