Nərgiz Cəlilova ustad dərsi keçəcək

12 Oktyabr 2018 17:30 (UTC+04:00)

Bakı Kitab Mərkəzində Əməkdar artist, telejurnalist Nərgiz Cəlilova ilə görüş təşkil olunacaq. SİA-nın məlumatına görə, tədbir mərkəzin “Ulduzla oxu” layihəsi çərçivəsində oktyabrın 14-də reallaşacaq.

Görüş zamanı Nərgiz Cəlilova “Necə danışmalı?” mövzusunda ustad dərsi keçirəcək, Azərbaycan dilinin saflığı və səlisliyi haqqında danışacaq, iştirakçıların suallarına cavab verəcək.

Tədbirdə hər kəs iştirak edə bilər.