İlham Əliyev və birinci xanım Xızıda “Yeni Yaşma” Külək Elektrik Parkının açılışında iştirak ediblər FOTO

11 Oktyabr 2018 10:34 (UTC+04:00)

Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsdi.