Türkiyə açıqladı: "İdlibdən ağır silahlar çıxarılıb"

10 Oktyabr 2018 20:03 (UTC+04:00)

Suriyanın İdlib şəhəri ətrafındakı bölgədən ağır silahların çıxarılması başa çatdırılıb. “RİA Novosti” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Proses Soçi razılaşması çərçivəsində həyata keçirilib.