Futbol üzrə Uels millisi İspaniya ilə keçirəcəyi yoldaşlıq oyununa ciddi itki ilə çıxacaq. “The Sun” nəşri yazır ki, komandanın lideri Qaret Beyl qasığındakı zədə səbəbindən sözügedən matçı buraxacaq. “Real”ın yarımmüdafiəçisinin UEFA Millətlər Liqasının İrlandiya ilə oyununda meydana çıxması da sual altındadır.
Qeyd edək ki, Uels millisi İspaniya ilə oktyabrın 11-də evdə, İrlandiya ilə isə oktyabrın 16-da səfərdə qarşılaşacaq.