İran xarici işlər naziri Mənuçöhr Möttəkinin vəzifəsindən kənarlaşdırılmasından sonra nüvə və xarici siyasətində dəyişiklik edilməyəcəyini bəyan edib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, bəyanat İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst tərəfindən prezident Mahmud Əhmədinejadın Möttəkini nüvə agentliyinin rəhbəri Əli Əkbər Salehinin əvəz edəcəyini deməsindən bir gün sonra səsləndirilib.
Prezident bu dəyişikliyi heç nə ilə izah etməyib. İranın xəbər agentliyi isə Mehmanpərəstə istinadən dəyişikliyin adi hal olduğunu bildirib. Seneqalda rəsmi səfərdə olan Möttəki vəzifəsindən kənarlaşdırılmasına münasibət bildirməyib.