Bakıda uşağı "oğurlanan" ananın ürəyi getdi VİDEO

10 Oktyabr 2018 11:54 (UTC+04:00)

Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 281 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi oğurlanıb. SİA-nın məlumatına görə, şagird hər kəsin gözü qarşısında metalyığan şəxs tərəfindən oğurlanıb.

Məlumatda qeyd olunur ki, övladının oğurlanmasını eşidən ananın ürəyi gedib. Ətrafdakı insanlar anaya kömək etməyə çalışıblar. Hadisə yerinə polis əməkdaşları gəlib.

Məktəbdən verilən məlumata görə, yayılan video əsassızdır: "Bizim məktəbdə elə bir şagird oxumur. Ümumiyyətlə, yayılan videonun bizim məktəblə heç bir əlaqəsi yoxdur. Bizim məktəbdən heç bir şagird qaçırılmayıb".

Qeyd edək ki, hadisəyə səbəb uşağın anidən ananın yanından itməsi olub. Qısa müddət ərzində uşaq tapılaraq anaya təhvil verilib.(big.az)