Suraxanı və Tallinin Kristiyne rayonları arasında dostluq möhkəmləndirilir

10 Oktyabr 2018 09:00 (UTC+04:00)

Milli Məclisin deputatı, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Hacı Salayev oktyabrın 10-dan 14-dək Estoniyada səfərdə olacaq.
Deputatımız Bakı şəhərinin Suraxanı və Tallinin Kristiyne rayonları arasında dostluğun simvolu kimi Tallinin sözügedən rayonunda yeni salınan parkın açılış mərasiminə qatılacaq.