“Barselona”nın müdafiəçisi Jerar Pike “Valensiya” ilə La Liqanın 8-ci turunun oyununda qolla nəticələnən kobud səhvinə münasibət bildirib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib: “Bəli, mən çox səhv etmişəm, amma qaydasındayam. Çox adam – yeri gəlmişkən, onlar təkcə Madriddə deyil, Barselonada da var – mənə nifrət edir və belə səhvlər etməyimi gözləyir. Hər dəfə qol buraxanda bəziləri üçün məni ittiham etmək dəb halını alıb. Onları başa düşürəm. Bu, futbolun bir hissəsidir. Qoy, fürsətdən istifadə edib sevinsinlər”.