“Zirə” “Sumqayıt”la qarşılaşacaq

9 Oktyabr 2018 17:48 (UTC+04:00)

Milli komandanın oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən “Zirə” yoxlama oyunu keçirəcək. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi “Sumqayıt”la qarşılaşacaq. Matçın oktyabrın 13-də Sumqayıtda oynanılacağı gözlənilir.

Qeyd edək ki, “Sumqayıt” hazırda 10 xalla 4-cü, “Zirə” isə 4 xalla 7-cidir.