Müğənni Gülay Zeynallı "İnstagram" səhifəsində yeni fotosunu paylaşıb. SİA-nın məlumatına görə, ifaçınn şəkildəki libası izləyiciləri tərəfindən böyük səs-küyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri sənətçinin donunun markası və qiyməti ilə maraqlanıblar.
Araşdırmamız zamanı bəlli olub ki, Zeynalının libası "La maison de Couture" markasına aiddir. Qiyməti isə 882 dollar, təxminən 1500 manatdır.