"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi "WeBlog" adlı blogging təlimlərinə start verib. SİA-nın xəbərinə görə, keçiriləcək təlimlərdə əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması və irəlilədilməsi, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasıdır.
Xatırladaq ki, Azərbaycanda ilk blog təlimləri də 2007 –ci ildə "İRƏLİ" İT Departamenti tərəfindən həyata keçirilib. 5 Dekabr 2010-cu il tarixinə qədər iştirak etmək istəyən gənclər ərizə formalarını dolduraraq müraciət ediblər. Ümumilikdə təlimlərdə İştirak etmək üçün 1- ci mərhələdə 100-ə yaxın gənc müraciət etmiş, sonda onlar müsahibədən keçərək 50-ə yaxın gənc təlimlərdə iştirak etmək hüququ qazanıb.
Təlimlər həftədə 2 dəfə olmaqla 2 növbə üzrə "İRƏLİ" İctimai Birliyinin layihələr mərkəzində keçiriləcəkdir. Layihənin açılış mərasimi 15 Dekabr 2010-cu il tarixində saat 15:00-da "İRƏLİ" İctimai Birliyinin mərkəzi qərargahında keçiriləcəkdir. Açılış mərasimində Azərbaycanda yaradılmış bloqlarla bağlı və ölkəmizdə internet istifadəçiləri haqda statistik məlumatı özündə əks etdirən təqdimat nümayiş olunacaqdır.