Fəal gənc idmançılar mükafatlandırılacaq

14 Dekabr 2010 21:58 (UTC+04:00)
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi dekabrın 21-də saat 17:00-da "Land Mark" otelinin "Ratunda" zalında 2010-cu ilin yekunlarına həsr olunmuş "Yaxşıların yaxşısı 2010" təltifetmə mərasiminin keçirilməsini planlaşdırır. SİA-nın məlumatına görə, tədbir çərçivəsində il ərzində müxtəlif sahələrdə fərqlənmiş bir qrup fəal gənc idmançı, qeyri hökumət təşkilatları, tələbə-gənclər təşkilatları və KİV nümayəndələri mükafatlandırılacaqlar. Mərasimdə Dövlət Gənclər Siyasəti sahəsi üzrə keçirilən tədbirlərin işıqlandırılmasında göstərdiyi köməkliyə görə, "Səs" İnformasiya Agentliyi də təltif olunacaq.