Oktyabrın 5-7-də Yaponiyada Formula 1 üzrə dünya çempionatının növbəti Qran-Pri yarışı keçiriləcək. SİA-nın məlumatına görə, yarışın üçüncü stüardı müəyyənləşib. Cari ilin aprelində Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ədalət təmsilçisi Tom Kristensen Yaponiyaya dəvət olunub.
İyirmi dörd saatlıq Le-Man yarışlarının doqquzqat qalibi cari mövsüm Azərbaycan ilə yanaşı, Böyük Britaniya Qran-Prisinin də stüardı olub.
Yarışda mübahisəli məqamlara T.Kristensen ilə birgə, Beynəlxalq Avtomobil Federasiyasının Apelyasiya Məhkəməsinin üzvü Niş Şetti və Avstraliya Avtoidman Konfederasiyasının sabiq vitse-prezidenti Stiven Çoppinq aydınlıq gətirəcəklər.