Metroda sərnişinlərə hücum edən şəxs saxlanılıb

3 Oktyabr 2018 07:54 (UTC+04:00)

Böyük Britaniyada polis əməkdaşları London metrosunun vaqonunda sərnişinlərə hücum edən bıcaqla silahlanmış şəxsi saxlayıblar. SİA-nın BBC-yə istinadən verdiyi məlumata əsasən, hadisə "Hakni Sentral" metro stansiyası yaxınlığında baş verib. Bəzi məlumatlara əsasən, bir neçə nəfər hücum nəticəsində yaralanıb.

Asayiş keşikçiləri stansiyadan bütün sərnişinləri təxliyə edib.