Basketbol üzrə Azərbaycan çempionatının 4-cü turu başa çatıb

14 Dekabr 2010 01:12 (UTC+04:00)
Basketbol üzrə Azərbaycan çempionatının 4-cü turu başa çatıb. SİA-nın məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutmuş oyunlarda 18 yaşadək oğlanlardan ibarət Azərbaycan yığması "BDU" klubu ilə qarşılaşıb və 76:62 hesabı ilə qalib gəlib. "Qala" komandası "Şəki" klubu ilə üz-üzə gəlib. Oyunda "Qala" 87:50 hesabı ilə üstün olub. "Araz" isə "ABİK" ilə münasibətlərə aydınlıq gətirib. Qarşılaşmada "Araz" 82:62 hesablı qələbə qazanıb.