Nikol Paşinyan: “Seçkilər iki-üç ay müddətində keçirilməlidir”
Vaqram Bqadasaryan: “Bu, mümkün deyil”
Ermənistanin baş naziri Nikol Paşinyan və Respublika partiyasaının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan ötən gün Yerevanın “Mariot” mehmanxanasının kafesində mövcud parlamentin buraxılması və qısa zamanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparıblar. Müzakirələr nəticəsiz qalıb və tərəflər ziddiyyətli fikirlərlə ayrılıblar.
“Respublika partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryanla görüşdə qısa zamanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparılıb”. SİA xəbər verir ki, bu barədə erməni KİV-lərinə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Seçkilər iki-üç ay müddətində keçirilməlidir”, deyə o bildirib.
Paşinyanın sözlərinə görə, mətbuatda onun partiyasının 80 % səs toplayacağı ilə bağlı kifayət qədər yazılar dərc olunub və belə olarsa, parlamentdəki siyasi güclərin nisbəti qorunmayacaq.
“Lakin bu cür ola bilməz. Konstitusiyaya görə, parlamentin 3-dən 1-i müxalifətə aiddir. Hökumət çoxluq təşkil edəcək və bu bizə ölkənin gündəmi ilə məşğul olmağa imkan verəcək. Biz, legitim çoxluq və legitim azlıq əldə edəcəyik”, erməni baş nazir bildirib.
Lakin Respublika partiyasının parlament fraksiyasının sədri Vaqram Baqdasaryan Nikol Paşinyanın sözləri razı olmayıb. O, ilin sonuna qədər növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkünsüz hesab edir.
“Noyabrda mümkün deyil. Buna zaman lazımdır. Çünki siyasi güclər seçkilərə hazırlıq imkanını əldə etməlidirlər. Qısa müddətdə isə bu mümkün görünmür”, Baqdasaryan Nikol Paşinyanla görüşündə deyib.
Rövşən NURƏDDİNOĞLU