Namiq Ələsgərov üçün əlamətdar tur

1 Oktyabr 2018 14:43 (UTC+04:00)

Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərov ölkə çempionatlarında 100-cü oyununu keçirib. SİA-nın məlumatına görə, “Neftçi”nin yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının VI turunun “Səbail”lə ev matçına təsadüf edib.

Premyer Liqada 2011/12 mövsümündə, yetirməsi olduğu “Bakı”nın heyətində debüt edən yarımmüdafiəçi “zolaqlılar”ın forması ilə 19 matçda 2 dəfə fərqlənib. “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol) çempionat oyununda iştirak edən Ələsgərov indiki klubunda həm daha çox görüşə çıxıb, həm daha çox qol vurub – 41 matçda 7 top.

mövsüm

klub

oyun

qol

2011/12

Bakı

1

0

2012/13

Bakı

3

0

2013/14

Bakı

15

2

2014/15

Qarabağ

17

1

2015/16

Kəpəz

15

3

2016/17

Qarabağ

8

0

2016/17

Neftçi

11

2

2017/18

Neftçi

27

5

2018/19

Neftçi

3

0

Cəmi

8 mövsüm, 4 klub

100

13