Kafedən pul oğurlayan tutulub

29 Sentyabr 2018 15:06 (UTC+04:00)

Kürdəmir rayonunda kafedən 2800 manat oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Belə ki, Kürdəmir rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən sentyabrın 27-də şəhər ərazisindəki kafelərin birində Gəncə şəhər sakini Ş.Məmmədovanın 2850 manatını oğurlamaqda şübhəli bilinən həmyerlisi Elzurum Babayev saxlanılıb.