"Neftçi"nin futbolçusu Haiti yığmasına çağrılıb

28 Sentyabr 2018 04:17 (UTC+04:00)

Futbol üzrə Haiti yığmasının KONKAKAF Milli Liqasının Sent-Lusia ilə oyunu üçün heyəti açıqlanıb. "Neftçi"nin rəsmi saytında yer alan xəbərə görə, milliyə dəvət alan futbolçular arasında "ağ-qaralar"ın yarımmüdafiəçisi Soni Mustivar da var. O, oktyabrın 6-dan 15-dək yığmanın düşərgəsində olacaq. Qeyd edək ki, görüş oktyabrın 13-də olacaq.