Braziliyalı futbolçu karyerasını başa vurub

26 Sentyabr 2018 14:07 (UTC+04:00)

2003-cü ildən "Benfika"da çıxış edən braziliyalı müdafiəçi Luizao karyerasını başa vurub. SİA xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, 44 dəfə Braziliya millisində çıxış etmiş 37 yaşlı futbolçu "Benfika"ya 2003-cü ildə "Kruzeyro" klubundan keçmişdi.