Boks üzrə beynəlxalq turnir keçiriləcək

11 Dekabr 2010 19:08 (UTC+04:00)
Boks üzrə Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 15-də start veriləcək yarış Bakı İdman Sarayında təşkil olunacaq. Yarışda Rusiya, Türkiyə, Özbəkistan, Qazaxstan, Latviya, Polşa, İran, Gürcüstan, Çin, Dağıstandan olan idmançılar iştirak edəcəklər. Turnirdə Azərbaycan iki komandadan 20 idmançı ilə təmsil olunacaq. Yarış dekabr 18-də yekunlaşacaq.