Azərbaycanda mərmi atan yeni snayper istehsal olunub. SİA-nın məlumatına görə, 23×115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdır.
Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Həmçinin 2 kilometri dəqiq vura bilir.
Silah ADEX 2018 Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayişə çıxarılıb.
Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində istifadəyə veriləcək.