Rusiya Suriyaya S-300 raketləri yerləşdirir

24 Sentyabr 2018 14:51 (UTC+04:00)

Rusiya Suriyaya S-300 hava hücumundan müdafiə komplekslərini vermək qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu iki həftə ərzində bunun baş tutacağını bildirib.

S-300 kompleksinin Suriyanın hava hücumundan müdafiəsini təmin edəcəyi qeyd edilir.

Nazir bu kompleksin Suriyaya verilməsini 2013-cü ildə dayandırıldığını diqqətə çəkərək, hazırda şəraitin dəyişdiyini bəyan edib. Şoyqu bunun səbəbini Moskvada axtarılmamalı olduğunu da vurğulayıb.