Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 40-a yaxın seçki məntəqəsi yaradılacaq
23 Sentyabr 2018 17:51 (UTC+04:00)
Oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 40-a yaxın seçki məntəqəsi yaradılacaq.
SİA-nın məlumatına görə, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze sentyabrın 22-də keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, xarici ölkələrdə seçki məntəqələrinin yaradılması sentyabrın 28-dək başa çatdırılacaq və onların ünvanları MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.
A.Mikeladze deyib ki, xaricdəki Gürcüstan vətəndaşları səsvermədə iştirak etmək üçün oktyabrın 7-dək olduqları ölkələrdəki konsulluq şöbələrində qeydiyyata düşməlidirlər.