Gədəbəy sakini özünü asıb

11 Dekabr 2010 00:34 (UTC+04:00)

Gədəbəy rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsi və Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 1982-ci il təvəllüdlü Slavyanka kənd sakini Kolinkov Dimitri yaşadığı evdə özünü asaraq intihar edib.

İlkin məlumatlara görə şəxsin özünü asmasına səbəb ruhi xəstə olmasıdır. O, daha 3 dəfə özünə qəsd etməyə cəhd göstərsədə yaxınları onun ölümünə imkan verməyib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.