Lənkəranda yeniyetmə ağırlıqqaldıranlar yarışıblar

10 Dekabr 2010 20:45 (UTC+04:00)

Lənkərandakı "Zirvə" idman kompleksində 1997-1998-ci illərdə anadan olmuş idmançılar arasında ağır atletika üzrə respublika birinciliyinə yekun vurulub. SİA-nın cənub bürosunun məlumatına görə, 120 idmançının iştirak etdiyi yarışda ayrı-ayrı çəki dərəcələrində Elsevər Mirzəyev, İsa Rüstəmov, Rəşad Piriyev, Valeh Baxşəlizadə, Rüstəm İmanzadə, Xəyal İsazadə, Rəhim Quluzadə, Kənan Əliquliyev və başqaları qalib adını qazanıblar.

Qalib adını qazananlara fəxri-fərman və qiymətli hədiyyələr təqdim olunub.