Aktyor Elçin Məmmədli yeniliklərə imza atıb. SİA-ya bu haqda aktyorun özü açıqlama verib: " "İbad2" adlı filmdə rol almışam. Ekran işində baş rolu canlandırıram. Filmin rejissoru Natiq Novruzovdur".
Elçin yeni serialda da rol aldığını bildirib: "Yeni seriala çəkilirəm. Ekran işi "Sevgi naminə" adlanır. Serialda da baş rolda olacam. Sözügedən ekran işində mənimlə yanaşı Füzuli Hüseynov, Günəş Mehdizadə, Anar Heybətov, Vüqar Məmmədəliyev, Əli Əliyev, Aysel Nazim, Rüfət Nəzər, Ceyran Qasımova, Asya Atakişiyeva çəkiliblər. "Sevgi naminə" adlı serial oktyabr ayından telekanalların birində yayımlanacaq".
Qeyd edək ki, serialın rejissoru və ssenari müəllifi Samir Qulamov, baş prodüseri isə Vüqar Təhməzovdur.