Türkiyənin “Rizəspor” futbol klubunun yeni baş məşqçi təyin olunub. Super Liqa təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, komandanı Okan Buruk çalışdıracaq. Yeni baş məşqçi ilə 1 illik müqavilə imzalanıb. Okan Buruk bir həftə əvvəl istefaya göndərilmiş İbrahim Üzülməzi əvəz edib. Qeyd edək ki, Okan son olaraq “Akhisarspor”u çalışdırıb.