Bakıda keçirilən DÇ-nin ilk gününün yarımfinalçıları müəyyənləşib

20 Sentyabr 2018 15:19 (UTC+04:00)

Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının ilk gününün yarımfinalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, 129 ölkədən 800-dən çox cüdoçunun mübarizə apardığı çempionatda kişilər arasında 60 kiloqram çəki dərəcəsində finala gedən yolda gürcüstanlı Amiran Papinaşvili və Rusiya təmsilçisi Robert Mşvidobadze, yaponiyalı idmançılar - Naohisa Takato və Ryuju Naqayama üz-üzə gələcəklər.

Qadınlar arasında 48 kiloqram çəkidə yarımfinal mərhələsində ukraynalı Daria Bilodid argentinalı Paula Pareto ilə, Yaponiya təmsilçisi Funa Tonaki isə Monqolustan idmançısı Urantsetseq Munxbat ilə qarşılaşacaq.