Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

10 Dekabr 2010 04:15 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanım Mişelin Kalmi-Reyi İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-İsveçrə münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, dostluq əlaqələrimiz, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".