Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi

19 Sentyabr 2018 17:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, Prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıb:

Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Həsənov Raqif Yaqub oğlu

Nərimanov Akif Əli oğlu

Orucov Nizami Nəcəfqulu oğlu

Ramazanova Elmira Məmmədəmin qızı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.