Gürcüstanın baş naziri ABŞ-a gedib

17 Sentyabr 2018 09:17 (UTC+04:00)

Gürcüstanın baş naziri Mamuka Baxtadze işgüzar səfərlə ABŞ-a yola düşüb. SİA-nın gürcü KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Baxtadze birinci görüşünü sentyabrın 17-də Vaşinqtonda Ağ Evdə keçəcək. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Gürcüstanın baş nazirini qəbul edəcək.

Qeyd olunur ki, sentyabrın 20-də Baxtadze ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək. Həmçinin səfər çərçivəsində senatorlarla danışıqlar aparılacaq.