Müğənni yenidən ana olmağa hazırlaşır

9 Dekabr 2010 19:41 (UTC+04:00)
"W trio" qrupunun eks, yeni yaradılan "Qan" qrupunun isə indiki solisti, müğənni Elnarə Xəlilova 3-cü dəfə ana olmağa hazırlaşır. SİA-nın məlumatına görə, mərasimlərin birində həyat yoldaşı Rövşən Cahangirovla gözə dəyən müğənni hamiləliyinin 6-cı ayını yaşayır. Ehtimallara görə, Elnarə dünyaya oğlan gətirəcək.

Məlumat üçün bildirək ki, müğənnin 2 uşağı var - 3 yaşlı qızı Burla Xatun və 1 yaşlı oğlu Tuqar.

Qeyd edək ki, müğənni Röya Ayxan da ikinci dəfə ana olmağa hazırlaşır. O, hamiləliyinin 1-ci ayını yaşayır. Röyanın Hüseyn adlı 1 yaşlı oğlu var.