Hərbi helikopter qəzaya uğradı 5 nəfər öldü

15 Sentyabr 2018 13:45 (UTC+04:00)

Əfqanıstanın hərbi helikopter qərb əyalətlərinin birində qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hökumət rəsmilərinin açıqladığı məlumata görə, helikopterdə olan 5 nəfər həlak olub.

Qubernator Məhəmməd Navrozinin sözlərinə görə, helikopter Talibanın hücumundan əvvəl vilayətdə bir kənddə təcili eniş edib. O qeyd edib ki, helikopterdə pilotla birgə olan 5 nəfər hücum nəticəsində həlak olub. Hakimiyyətin sözlərinə görə, qəzanın səbəbi texniki nasazlıqdır.