Tarixin bu günü və ya bu günün tarixi
9 Dekabr 2010 18:48 (UTC+04:00)
- İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib (1917)
- Zaqafqaziya kommunist təşkilatlarının IV qurultayı başa çatıb (1925)
- Sovet şairi Mayakovski Bakıya gəlib (1927)
- İspaniyada İkinci Respublika yaradılıb (1931)
- Çin, Yaponiya, Almaniya və İtaliya saziş imzalayıblar (1941)
- Harri Gold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib (1950)
- Tanzaniya müstəqillik qazanıb, Julius Nyrere prezident seçilib (1961)
- Azərbaycanlı rejissor Lətif Səfərovun xatirə günü (1963)
- Azərbaycanlı aktyor, Azərbaycanın xalq artisti Lütfəli Abdullayevin xatirə günü (1973)
- BMT-nin üzv ölkələri yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər (1985)
- AXC idarə heyəti buraxılıb, onun səlahiyyətlərini yerinə yetirən, radikallardan ibarət Müvəqqəti Təşkilat Qrupu yaradılıb və nəticədə radikallar daha da fəallaşıb (1989)
- Polşada prezident seçkilərində Lex Valesa qalib gəlib (1990)
- BMT Somalidə sülhməramlı əməliyyatlara başlayıb (1992)
- İngiltərə şahzadəsi Çarlz və Şahzadə Diana ayrıldıqlarını açıqlayıblar (1992)
- BMT İraq əhalisinə neft əvəzinə ərzaq vermək haqqında qətnamə qəbul edib (1996)
- Klod Monenin "Truvildə çimərlik" tablosu 8,6 mln ABŞ dollarına satılıb (1997)
- Rut Dreifuss İsveçrə Konfederasiyasının ilk xanım prezidenti seçilib (1998)
- Arxeoloqlar Cənubi Afrikada yaşı üç milyon ildən çox olan ilk (bütöv) insan skeletinin tapıldığını bildiriblər (1998)
- İraq Dövlət Şurası bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Səddam Hüseynin keçmiş rejimində yüksək vəzifə sahibləri olmuş şəxsləri araşdırmaq üçün xüsusi məhkəmə təşkil edib (2003)
- Kanada Konstitusiya məhkəməsi eyni cinsdən olan insanların evlənmələrinin konstitusiyaya zidd olmadığı qərarını verib (2004)
- Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun- Şahbuz qəsəbəsinə şəhər statusunun verilib (2007)