“Borussiya” “Ayntraxt”ı məğlub edib

15 Sentyabr 2018 09:34 (UTC+04:00)

Almaniya Bundesliqasında üçüncü tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Borussiya” öz meydanında “Ayntraxt”ı qəbul edib. Matç Dortmund klubunun qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Borussiya” 7 xalla liderdir. “Ayntraxt” isə 3 xalla 10-cu pillədə qərarlaşıb.

“Borussiya” - “Ayntraxt” 3:1
Qollar:
Diallo, 36 (1:0), Haller, 68 (1:1), Volf, 72 (2:1), Pako, 88 (3:1)