Milli Məclisin vitse-spikeri bu gün Füzuli bölgəsində görüşlər keçirəcək

9 Dekabr 2010 18:24 (UTC+04:00)
Milli Məclis sədrinin müavini Bahar Muradova Füzuli rayonuna səfərə gedib. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, o, bu gün ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ümummilli liderin Horadiz şəhərindəki abidəsini ziyarət edəcək, abidənin önünə gül-çiçək dəstələri düzəcək.

Sonra vitse-spikerin Horadiz Mədəniyyət Evində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və YAP fəalları ilə görüşü keçiriləcək. Görüşdə Milli Məclisə seçkilərin nəticələrinə dair fikir mübadiləsi aparılacaq.
Həmin gün Bahar Muradova rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Böyük Bəhmənli kəndində seçiciləri ilə də görüşəcək.

Qeyd edək ki, bu, onun 2010-cu il parlament seçkilərindən sonra seçiciləri ilə ilk görüşüdür.