Yəməndə hərbi helikopter qəzaya uğrayıb

14 Sentyabr 2018 20:37 (UTC+04:00)

Yəmənin şərqində ərəb koalisiyasının helikopteri qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində pilot və onun köməkçisi həlak olub. Qəzaya texniki nasazlığın səbəb olduğu deyilir. Hadisə Yəmənin Omanla sərhədində yerləşən əl-Mahra əyalətində baş verib. Helikopter hərbi missiyanı həyata keçirərkən qəzaya uğrayıb.