Əli Kərimliyə siyasətdən getmək təklifi olunub

14 Sentyabr 2018 19:17 (UTC+04:00)

"Milli Şura"nın buraxılması qərarından sonra Cəmil Həsənlinində siyasətə "əlvida" deyəcəyi proqnozlaşdırılır

Siyasi arenada diqqətçəkən maraqlı olaylardan biri də müxalifət partiyalararası qarşıdurmalara siyasiləşmiş QHT-lərin də qoşulmasıdır. Artıq Emil Milli, Xədicə İsmayıl, Arif və Leyla Yunuslar və digər xarici maraqlı dairələrin "işverəni" funksiyasını yerinə yertirməklə maliyyə yardımları alanlar müxalifət partiyalarına hərəsi bir formada dəstək verməyə çalışırlar. Əgər Leyla Yunus Müsvata dəstək verirsə, Emin Hüseynov AXCP ilə eyni maraqları bölüşdüyünü nümayiş etdirir. Ancaq məsələ burasındadır ki, E.Milli Ə.Kərimlini hədəfə alaraq, onu qorxaqlıqda və müxalifətin maraqlarına zərbə vurmaqda günahlandırır. Hətta E.Milli Vaşinqitonda keçrilən tədbirdə Ə.Kərimlinin maliyyə dəstəkçisi rolunda çıxış edən Qərbdəki dostlarını ittiham edib, onları sözü və əməli fərqli olan, müxlifəti parçalamaq siyasəti aparan Ə.Kərimlini mənasız yerə himayə etməkdə günahlandırıb. Artıq gərginləşməkdə olan qarşıdurmalar sosial şəbəkələrə yol açıb. Sosial şəbəkələr AXCP, Müsavat və siyasiləşmiş QHT rəhbərləri üçün sanki ürəklərini boşatmaq üçün meydana çevrilib. Vəziyyətin bu formada davam edəcəyi halda, müxalifət düşərgəsində təmsil olunan partiyalardan növbəti qopmaların, parçalanmaların baş verməsi qaçılmaz olacaq. Baxmayaraq ki, müxalifətə maddi və mənəvi dəstək göstərən xarici qüvvələr, o cümlədən, Soros fondu müxalifəti bohranlı durumdan xilas etməyə cəhdlər göstərir. Ancaq əvvəlki təcrübəyə və bugünkü duruma əsasən, demək olar ki, müxalifətə göstərilən yardım nəticəsiz qalacaq. Dəfələrlə müxalifət düşərgəsində bir-birinin ardınca yaradılan blok və qurumların niyə qısaömürlü olamsını araşdırmağa da ehtiyac yoxdur. Ən azı, ona görə ki, düşərgə təmsilçilərinin dağıdıcı xarakterə, böyük iddialara malik olmasını bilənlər blok və qurumların az müddət sonra dağılmasının heç də təsadüfi olamadığını başa düşürlər.

Müxalif partiya sədrləri indi də qatı cinayətkarlarla iş birliyi qururlar

Bu arada dağıdıcı müxalif partiya sədrləri böhranlı vəziyyətdən çıxış yolunu qatı cinayət törədərək, azadlıqdan məhrum edilən şəxlərə kömək əllərini uzadıblar. Hətta onların bəzilərini hazırladıqları qondama "siyasi məhbus" siyahılarına da salıblar. Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli "Səs"ə açıqlamasında səs-küylü cinayətlərdə adları hallanan şəxslərlə müxalifət arasında əməkdaşlığın yaranmasında xarici qüvvələrin rolu olduğunu bildirdi: "Müxaliflər xarici dövlətlərin Bakıdakı səfirliklərindən təlimatlar alaraq, açıqca görüşlər keçirdilər. Fakt budur ki, müxalifət partiyalarının xarici qüvvələrlə əlaqələri var. Yəni Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyən xarici qüvvələr ölkə müxalifətindən öz məkrli niyyətlərinin həyata keçməsi üçün bir vasitə kimi istifadə edirlər. Nə vaxt müxalifət bir araya gəlirsə, deməli, bu, xarici qüvvələrin onlara verdiyi tapşırıqdan irəli gəlir".

T.Kərimlinin sözlərinə görə, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalara rəhbərlik edən şəxslərin bir-birinə olan nifrəti, paxıllıqları, şəxsi ambisiyaları, birinin digərindən üstün olmaq kimi istəkləri müxalifət partiyalarını dağılmaq təhlükəsi ilə üzləşdirib: "Bu baxımdan, demək olar ki, müxalifətin acınacaqlı vəziyyətlə üzləşməsinin əsas səbəbkarları, məhz bu partiyalara rəhbərlik edən şəxslərdir. Yəni elə günahkar partiya sədrləridir. Əgər müxalifəti xalq müdafiə etmirsə, o, irəliyə doğru gedə bilmirsə, onda bu sədrlər partiyalarını tərk etməlidirlər. Bu müxalifətin sonu olmalıdır".

"Heç zaman müxalif partiyalarıasında birlik olmayab"

Millət vəkili Tahir Kərimlinin də qeyd etdiyi kimi, heç zaman müxalif partiyalarıarasında birlik olmayab. Yadılan blok və qurumlar ümumi müxalifətin birliyinı yaratmaq kimi təqdim edilsə də, sonradan blokun dağılması ilə iddiaların əsasız olduğu təsdiqləndi. "Milli Şura" yardılarkən, coxları bunu Müsavatla AXCP-nin birliyi kimi təqdim etməyə çalışırdı. Hətta təqdim etməyə cəhdlər göstərilirdi ki, Ə.Kərimli ilə İ.Qəmbər illərin mehriban düşmənləri olsalar da, bu məsələdə birləşmək məcburiyyətində qaldılar. Daha doğrusu, buna məcbur edildilər. Məlumatlar təsdiq edir ki, SOROS fondu, onun rəhbəri Corc Soros Gürcüstan ssenarisini Azərbaycanda tətbiq etmək üçün dağıdıcı müxalifətdən istifadə etməyi planlaşdırıb. Bu məqsədlə də, ayırdığı maliyyə vəsaiti hesabına müxalifətin didişən, ancaq əsas qüvvələri olan Ə.Kərimli - İ.Qəmbər birliyi vasitəsi ilə "Milli Şura"nın yaradılamsı göstərişini verib. Rüstəm İbrahimbəyov isə, sadəcə, bu oyunda bir vasitə olub. C.Soros nəzərləri gözlənilən ittihamlardan yayındırmaq üçün Rusiyada yaşayan R.İbrahimbəyov adını tərtib etdiyi siyahıya salıb. Amma sonradan C.Sorosdan və onun Bakıdakı təmsilçilərindən asılı olamayaraq, proseslər məcrasını dəyişib və əks-istiqamətdə inkişaf edib. Daxili çəkişmələr, böyük iddialar, nəhayətdə, Rusiyanın layihəsi kimi təqdim olunan, əslində, C.Sorosun çirkin maraqlarının icrası üçün yaradılan "Milli Şura" dağılmağa məhkum edildi. Artıq bu qurumda "bir həsirin, bir də Məmmədnəsirin qaldığı" məsəlinə uyğun olaraq, Ə.Kərimli ilə C.Həsənli qalıb. Onların da orada qalmağı sanki bir qeyrət məsələsidir. Qınaq obyekti olamamaq, ən azı, müsavatçıların atmacalarına tuş gəlməmək üçün "Milli Şura"nı, hələ ki, buraxmağa tələsmirlər. Məlumata görə, "Milli Şura"da baş girələməyin də mənasız olduğunu dərk etdiyindən, qurumu AXCP-yə birləşdirməklə üzləşdiyi problemlərdən bir hissəsini həll etmək istəyir. Buna nail ola bilməsə, "Milli Şura" yükündən imtina etməyi də düşünür. Daha doğrusu, artıq "Milli Şura"nın buraxılması haqqında qurumun koordinasiya şurasının üzvləri arasında qərar qəbul edilib. Yəqin ki, yaxın vaxtlarda Ə.Kərimli tərtib etdiyi planı əsasında qəbul edilən qərarını mətbuata açıqlayacaq. Amma bu arada yayılan məlumat diqqətləri özünə çəlb edib. Belə ki, xaricdəki və daxildəki müxalif qruplar Ə.Kərimliyə siyasətdən getməyi təklif ediblər. Ə.Kərimlinin təkifləri hansı formada dəyərləndirəcəyi müəmmalı olsa da, artıq məlum olanı odur ki, "Milli Şura"nın buraxılması və ya AXCP-yə birləşdirilməsindən sonra Cəmil Həsənli siyasətə "əlvida" deyəcək".

İ.ƏLİYEV