Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İnsan hüquqları üzrə Avropa komissarı Tomas Hammarberqlə görüşüb. SİA-nın xəbərinə görə, görüş Avropa Şurası tərəfindən Türkiyə Hökuməti ilə birgə İstanbulda təşkil olunan Avropa ədliyyə nazirlərinin sonuncu konfransında baş tutub.
Görüşdə insan hüquqlarının qorunması, Avropa Məhkəməsinin fəaliyyəti və digər məsələlər üzrə faydalı fikir mübadiləsi aparılıb.