"Arsenal"ın 2 futbolçusu Bakıya gəlməyəcək
13 Sentyabr 2018 21:19 (UTC+04:00)
"Arsenal" futbol klubu, zədəli futbolçularının son durumu ilə bağlı məlumat verib. İngilis klubunun saytında yer alan xəbərə görə, sol dizindən zədə alan müdafiəçi Sead Kolaşinaçin oktyabrın əvvəlində komanda ilə məşqlərə başlayacağı gözlənilir. Sol ayaq sümüyündə kiçik sınıq olan yarımmüdafiəçi Enzl Meytlend-Naylz da böyük ehtimalla oktyabrın əvvəli hazırlıqlara qoşulacaq.
Karl Cenkinson oktyabr-noyabr aylarında, Loren Koselnin noyabrda məşqlərə qayıdacağı bildirilib. Bu isə o deməkdir ki, adları çəkilən iki oyunçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la səfər oyununu dəqiq buraxacaqlar. Qeyd edək ki, "Qarabağ" Avroliqada ilk ev görüşünü oktyabrın 4-ü "Arsenal"a qarşı keçirəcək.