WSB liqasında mübarizə aparan "Baku Fires" növbəti görüşünü dekabrın 11-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirəcək. Boksçularımızın bu dəfəki rəqibi Cənubi Koreyanın "İncheon Red Wings" klubu olacaq. Qaydalara uygun olaraq, çəki prosessinə 3 gün qalmış hər iki komanda heyətini açıqlayıb.
54 kq
Məhəmməd Abdulhəmidov (Baku Fires) - Ju Seonq Kim (İncheon Red Wings)
61 kq
Romal Amanov (Baku Fires) – Bahadırjon Sultonov (İncheon Red Wings)
73 kq
Soltan Migitinov (Baku Fires) – Viktor Kontijuanski (İncheon Red Wings)
85 kq
Ramazan Maqomedov (Baku Fires) – Reece Papuni (İncheon Red Wings)
91+ kq
Beka Lobjanidze (Baku Fires) – Mixail Muntian (İncheon Red Wings)
Koreya komandasının heyıtində yer alan boksçulardan 4-ü – Bahadırjon Sultonov (Özbəkistan), Viktor Kontijuanski (Moldova), Reece Papuni (Yeni Zenlandiya) və Mixail Muntian (Moldova) legionerlərdir. Özbəkistanlı Sultonov 2007-ci ildə Milanda keçirilən Dünya çempionatının bürünc mükafatçısı olub. Xatırladaq ki, "Baku Fires" WSB liqasında keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Konandamız əvvəlcə Bakıda Pekin boksçularını 5-0, daha sonra isə səfərdə "Astana Arlans" klubunu 4:1 hesabı ilə məğlub etmişdi. İnçeon şəhərinin komandası isə hər iki görüşdə rəqiblərinə uduzub. Qaydalara uyğun olaraq döyüşdən bir gün öncə hər iki klubun nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.