"Keşlə" baxışa dəvət etdiyi yunanıstanlı futbolçu Georgios Georgiadislə bağlı qərar verib. SİA-nın məlumatına görə, 30 yaşlı futbolçu komandada qalacaq. Hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Yunanıstan millisində 3 oyun keçirən Georgios Georgiadis karyerası ərzində "Panserraikos", PAOK, "Veria", "Ermis" və "Doxa Dramas" klublarında oynayıb.