Dominikanda vəba epidemiyası
9 Dekabr 2010 00:16 (UTC+04:00)
Dominikan Respublikasında vəba xəstəliyindən ölənlərin sayı artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, verilən son məlumata əsasən, xəstəlik artıq 22 nəfərin həyatına son qoyub. Ölüm halları daha çox Santyaqo və Santo-Dominqo şəhərlərində qeydə alınıb.