Çində naməlum şəxs avtomobilini kütlənin üzərinə sürüb

12 Sentyabr 2018 21:02 (UTC+04:00)

Çində naməlum şəxs avtomobilini kütlənin üzərinə sürüb. “Report”un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Hunan əyalətindəki Henyan şəhərində qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 43 nəfər xəsarət alıb.

Hadisəni törədən sürücü saxlanlıb. Onun hadisəni hansı səbəbdən törətdiyi hələlik məlum deyil.