Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq olunub

12 Sentyabr 2018 03:05 (UTC+04:00)

ABŞ paytaxtında "Florens" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunub.

“Report”un "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqton şəhərinin meri Muriel Bouzer sərəncam imzaladığını "Twitter"dəki hesabında bildirib. O həmçinin qasırğaya qarşı hazırlıqlı olmaq üçün bir sıra məsləhətlər də verib.