Uşaq bağçasında yanğın olub

11 Sentyabr 2018 20:33 (UTC+04:00)

Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 430 kvadratmetr olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir ki, nəticədə binanın bir otağı 35 kvadratmetr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı uşaq bağçasında olan azyaşlılar təxliyə edilib. Xəsarət alan olmayıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.