Tibo Kurtua "Real"ın əsas qapıçısı olacaq
11 Sentyabr 2018 23:22 (UTC+04:00)
"Real"ın baş məşqçisi Xulen Lopeteqi komandanın əsas qapıçısını müəyyənləşdirmək üzrədir. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, əsas qapıçı böyük ehtimalla Tibo Kurtua olacaq. Belçikalı qolkiper "Atletiko" ilə matçda start heyətdə meydana çıxacaq.
Bildirilib ki, K.Navas Kosta-Rika millisinə çağırılmaqdan imtina edib və "Real"ın düşərgəsində qalıb. O, Lopeteqini Kurtuadan daha yaxşı formada olduğuna inandırmaq üçün bu adddımı atıb. Amma Navasın buna müvəffəq olmadığı vurğulanıb. Xəbərdə o da qeyd olunub ki, "Real" müxtəlif turnirlərə görə, qapıçıları növbə ilə oynatmağı planlaşdırmır.